RU

COP29-un keçirildiyi məkanda Media Mərkəzi - FOTOREPORTAJ

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) işıqlandırmaq üçün konfrans məkanında 3500-dən çox media nümayəndəsi fəaliyyət göstərir.

COP29-un Media əməliyyatları üzrə direktoru Pirim Pirimov "Report"a deyib ki, onlardan 800-ə yaxını yerli media nümayəndəsidir.

Ümumilikdə Media Mərkəzinin sahəsi 6325 kvadratmetrdir. Burada media nümayəndələrinin yerləşdirilməsi üçün hər cür şərait yaradılıb.

COP29 rəsmisi məlumat verib ki, TV və radio yayımçıları üçün 330 iş masası, yazılı mətbuat üçün 30 iş masası var. Yayımçılar və yazılı mətbuat üçün öncədən rezervasiya edilən ofislər var.

Hər bir ofisdə elektrik yuvaları, internet kabelləri, avadanlıqları yerləşdirmək üçün yerlər, həmçinin yayımı əldə etmək üçün xüsusi televizorlar, audionu əldə etmək üçün kabellər var.

Media nümayəndələrinin rahat şəraiti üçün media informasiya mərkəzləri də fəaliyyət göstərirlər.

Burada 15 telestudiya, 32 stəndap mövqeləri var. Həmçinin media nümayəndələrinin əşyalarını daşımaq üçün araba xidməti adlandırılan xidmət də var.

Media nümayəndələri üçün yaradılan ərazidən fotoları təqdim edirik.

Избранный
41
ekologiya.az

1Источники