Aparıcı Zaur Baxşəliyev televiziyadan getmə istəyindən danışıb.
O, bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, dəfələrlə efirdən uzaqlaşmaq qərarı verib:
"Televiziya elədir, girdin çıxa bilmirsən. Dəfələrlə demişəm ki, Günay (həyat yoldaşı, aparıcı Günay Baxşəliyeva - red.) nöqtəni qoyaq gedək. Yorulmuşam. Getsəm, birdəfəlik gedəcəyəm. İllərlə çəkdiyin zəhmət, oduğun əziyyət, yuxusuz gecələr, itirdiyin gəncliyin səni qalmağa vadar edir. Sanki övladındır, ata bilmirsən. 22 ildir bu sahədəyəm". / Axşam.az