RU

Estoniya millisinin baş məşqçisi: "Bu gün qazanılan 1 xalı 3 xala bərabər saymaq olar"


Bu gün qazanılan 1 xalı 3 xala bərabər saymaq olar.

AZXEBER.COM xəbər verir, bunu Estoniya millisinin baş məşqçisi Yurgen Henn Azərbaycan yığmasına qarşı keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun matçından sonra mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan oyunu şərh edib:

\"Məncə hər iki oyunu təhlil etsək, bərabər səviyyəli matçların şahidi olduğumuzu görərik. Lakin Qəbələdəki görüşün ikinci yarısında çətinik çəkdik. Turnir cədvəlinə nəzər salsaq, bu gün qazanılan 1 xalı 3 xala bərabər saymaq olar. Qəbələ kimi stadionunuz olduğu üçün özünüzü xoşbəxt saya bilərsiniz. Estoniyada bu cür şəraiti olan stadionlar azdır\".

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının I qrupunun oyununda Qəbələdə Estoniya ilə qolsuz bərabərə qalıb.
Избранный
42
3
azxeber.com

10Источники