RU

“İkinci hissədə qorxunc oynadıq” – rəqibin kapitanı

Qəbələdən sərfəli hesabla qayıdan Estoniya yığmasının kapitanı Karol Mets oyunla bağlı geniş açıqlama verib.

“Football-plus.az” ETV-nin saytına istinadla onun açıqlamasını təqdim edir:

“İlk yarıda yetərincə yaxşı oynasaq da, ikincidə ümidləri doğrultmadıq, hətta qorxunc oynadığımızı deyərdim. Ancaq biz nəticə üçün oynadıq, bu gün ən vacib olan bu idi. Bu planda hər şey yaxşıdı, çünki C liqasında qaldıq. Qrupun tərkibini nəzərə alsaq, hədəf bu idi. Ancaq ikinci hissədəki oyunumuz hər cür tənqidə layiqdi. Belə oyunun səbəbi topa nəzarət edə bilməməyimizlə bağlıdı. Topu çox tez itirirdik. Belədə rəqibin özünəinam qazanması və təzyiqi artırması qaçılmazdı. Ümumiyyətlə, Azərbaycan ikinci hissədə müdafiə olunmadı. Topa nəzarət etmək lazımdı ki, belə təzyiqlə üzləşməyəsən”.

ORXAN
Избранный
53
football-plus.az

1Источники