RU

Zelenskinin "Qələbə planı"nda GİZLİ BƏND - Trampı Ukraynanın tərəfinə ÇƏKƏCƏK

Volodimir Zelenskinin "Qələbə planı"nda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Ukraynanın tərəfinə çəkməyə kömək edəcək gizli maddə var.


Referans.az xəbər verir ki, bu barədə “Welt” nəşri məlumat yayıb.


Nəşr yazır ki, Ukrayna müttəfiqlərinə təqdim etdiyi "qələbə planı"nda yer alan gizli maddədən istifadə edərək Donald Trampın Rusiya ilə danışıqlarda Ukraynanı dəstəkləməsini təmin etməyi planlaşdırır.


Bu gizli bənd Trampın Ukraynaya investisiya etmək üçün hansı ölkələrə icazə veriləcəyini müəyyənləşdirməsini nəzərdə tutur və bu prosesdə Çin istisna edilir.


Məqalədə qeyd edilir ki, prezident Volodimir Zelenski Trampla strategiyanı müzakirə edərək, Ukrayna resurslarına üstünlük hüququ əldə etmək üçün Qərb tərəfdaşlarına prioritet imkanlar təqdim etməyə çalışır. Bu yanaşma Ukraynanın mövqelərini gücləndirmək məqsədi daşıyır./Musavat.com

Избранный
23
2
referans.az

3Источники