RU

Qazaxıstanın Kurık limanı Azərbaycandan yüklərin tranziti həcmini artırır

2024-cü ilin 10 ayı ərzində Qazaxıstanın dəniz limanlarından 6,2 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artım deməkdir.

Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, tranzit daşımalarının həcmi 18 faiz artıb. Eyni zamanda, Kurık bərə kompleksi yük maşınlarının daşınmasını 22 faiz artırıb.

Bu il Kurık limanının Ersay terminalından Qazaxıstan ərazisindən tranzitlə Azərbaycandan Özbəkistana 153 ədəd iriqabaritli yük daşınıb.

Aktau limanı vasitəsilə konteynerlərin daşınması 84 faiz, o cümlədən Şərq-Qərb marşrutu üzrə təxminən 27 min ədəd artıb.

Qazaxıstan Nəqliyyat Nazirliyi xatırladır ki, bu ilin oktyabrında Kurık limanında ildə 1 milyon ton gücündə daha bir taxıl terminalı istifadəyə verilib.

Избранный
9
1
avtosfer.az

2Источники