RU

Mixail Qusman: "COP29 böyük uğurla keçir"

"Mən Dubayda COP28-də olmuşam. Biləndə ki, Azərbaycan yekdilliklə növbəti COP29 konfransının keçiriləcəyi məkan kimi seçilib, bir tərəfdən, təbii ki, hədsiz sevindim, digər tərəfdən isə narahat olmağa başladım. Çünki başa düşürdüm ki, belə bir tədbiri təşkil etmək üçün Azərbaycanda ən müxtəlif nazirliklərdə və idarələrdə olan dostlarım və həmkarlarım böyük iş görməli olacaqlar".

Bu barədə AZƏRTAC-a müsahibəsində "TASS" agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

"Düzdür, bundan əvvəl Azərbaycanda çoxlu müxtəlif genişformatlı tədbirlər keçirilib, lakin indiyədək belə bir böyük tədbir təşkil olunmayıb. Bir düşünün - 70 mindən çox iştirakçı, onlarla dövlət başçısı!.. Mən bu cür fantastik hazırlığa görə bütün təşkilat komitəsinə, bu təşkilat komitəsinin müxtəlif bölmələrinin rəhbərlərinə ehtiramımı bildirirəm", - deyə M.Qusman qeyd edib.

O, COP29 məkanının uğurlu seçildiyini vurğulayaraq deyib: "Deməliyəm ki, birincisi, mənə elə gəlir ki, Bakı Stadionunun bütün konfransların mərkəzi kimi seçilməsi çox müdrik qərar idi. O, təbii olaraq transformasiya olunmuş və Dövlət Başçıları Sammitindən tutmuş jurnalistlərin işinə qədər bütün tədbirlərin keçirilməsi üçün ideal, əlverişli məkana çevrilib. Bütün bunlar çox yığcam və rahatdır. İkincisi, bu, şəhəri həddindən artıq yükdən azad etdi. Axı çoxları şübhə ilə yanaşırdı - hər kəs necə hərəkət edəcək? Hər şey normaldır, hər şey işləyir. Hər şey burada cəmləşib. İdeal şəraitdir. Mən onlarla həmkarım və jurnalistlə, rəsmilərlə, hətta rəhbərlərlə danışdım. Hər kəs, sadəcə, heyrandır. Bu, əlbəttə ki, hər şeyin ən xırda detallarına qədər düşünülmüş olduğundan xəbər verir. Bilirəm ki, bütün bunlar Azərbaycan Prezidentinin sözün əsl mənasında, gündəlik nəzarəti altında baş verib.
Mən gecə-gündüz COP29-la bağlı hazırlıq işləri ilə məşğul olan insanları birbaşa tanıyıram. Deməliyəm ki, onlar bu tədbirin uğurlu keçməsini təmin etmək üçün canlarını, intellektlərini qoyublar. Nəticələr də dərhal göründü. Düşünürəm ki, burada müzakirə olunan mövzu da bütün bəşəriyyət üçün ən vacib mövzudur. Bu, əlbəttə ki, dramatik iqlim dəyişiklikləri ilə mübarizədə dünyanın səylərini birləşdirməsinin təmin edilməsində böyük rol oynayacaq.

Mənim üçün çox ağrılı olan və hər kəsi narahat etməli olan ən vacib mövzulardan biri Xəzər dənizinin dayazlaşmasıdır. Bu, mənim üçün sadəcə olaraq ürək ağrısı, iztirabdır. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev xüsusi olaraq bu məsələyə diqqət çəkib, müvafiq tapşırıqlar verilib.
Müzakirə olunan problemlər bir aya, hətta bir ilə də həll edilə bilməz, amma əsas odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi qlobal həmrəylik, yaşıl dünya uğrunda mübarizədə ümumi səy göstəriləcək. Düşünürəm ki, bu baxımdan artıq bu gün konfransın çox böyük uğurla keçdiyini demək olar".

Избранный
58
4
demokrat.az

5Источники