Çinin Ciansu əyalətinin İsin şəhərində bıçaqlı şəxs peşə məktəbinin yataqxanasına hücum edərək 8 nəfəri qətlə yetirib, 17 nəfəri yaralayıb.
Bu barədə yerli polis açıqlama yayıb. Hadisə noyabrın 16-da yerli vaxtla saat 18:30 radələrində baş verib. Cinayəti törətməkdə şübhəli bilinən 21 yaşlı şəxs hadisə yerində saxlanılıb.
Polisin açıqlamasında deyilir ki, həmin peşə məktəbini bitirən şübhəli buraxılış imtahanından kəsilib və məzun şəhadətnaməsi ala bilmədiyi üçün hadisəni törətdiyini söyləyib.