RU

Fond rəhbəri fələstinlilərə yardım üçün yığılan pulla dəbdəbəli mənzil alıb

Qazaxıstanda "Biz birlikdəyik" xeyriyyə fondunun keçmiş rəhbəri Perizat Kayrat Fələstin xalqına yardım üçün vəsaiti mənimsəməkdə şübhəli bilinir.

HİT.az xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi məlumat yayıb.

Agentliyin mətbuat xidməti bildirib ki, qadın fələstinlilərə kömək üçün toplanan vəsaitlə dəbdəbəli mənzil almaqda şübhəli bilinir.

"Bu epizodda Perizat K. 200 milyon tengedən (400 min dollar) çox pul oğurlamaqda şübhəli bilinir", deyə məlumatda qeyd edilir.

Müstəntiqlərin fikrincə, fələstinlilərə kömək üçün pul yığılması 2023-cü ilin noyabrında təşkil edilib. İdarənin məlumatına görə, Kayrat 98 min dollara yeni mənzil alıb. Bundan əlavə, fondun keçmiş rəhbəri BƏƏ-yə səfəri zamanı 60 min dollara “Mercedes” markalı avtomobil və zinət əşyaları alıb.

Bu həftə fondun yaz daşqınlarından zərər çəkmiş Qazaxıstan sakinlərinə kömək üçün topladığı 3 milyon dollara yaxın pulu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb. Maliyyə monitorinqi agentliyi onun pulu öz istəyi ilə xərclədiyini bildirib.

Samir
 

Избранный
53
hit.az

1Источники