RU

Sərhəd karbon tənzimlənməsi mexanizmi

Dünən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Sərhəddə karbon tənzimlənməsi mexanizmi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə beynəlxalq ekspertlər, iqlim maliyyəsi üzrə mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri və audit şirkətlərinin əməkdaşları iştirak ediblər.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib ki, görüşün keçirilməsində əsas məqsəd Avropa İttifaqı tərəfindən təklif edilən və hazırda mərhələli şəkildə tətbiq olunan yeni iqlim siyasəti aləti sərhəddə karbon tənzimlənməsi mexanizminin tələblərini daha dərindən öyrənmək, bu sahədə yarana biləcək çətinlikləri müəyyən etmək və səmərəli hazırlığın təmin edilməsi üçün mümkün həlləri nəzərdən keçirməkdən ibarətdir. O, müzakirələrin qlobal iqlim dəyişikliyi ilə mübarizə və iqtisadi inkişaf arasındakı balansın tapılması baxımından son dərəcəli əhəmiyyətli olduğunu vurğulayıb.

ABŞ-nin Harvard Universitetinin mütəxəssisi İlay Sandlerin moderatorluğu ilə keçirilən dəyirmi masada “Ernst & Young” şirkətinin tərəfdaşı Kasia Klaçinska Lyuis, “PwC” şirkətinin tərəfdaşı Nadya Pikard və digər ekspertlərin təqdimatları və çıxışları dinlənilib.

İştirakçılar sərhəddə karbon tənzimlənməsi mexanizminin biznesin fəaliyyətinə qlobal və milli səviyyədə təsirləri, Avropa İttifaqının bu sahədə qanunvericilik tələbləri ilə bağlı mümkün ssenarilərə dair nəzəri və praktiki məlumatları bölüşüb, istehsalçıların və ixracatçıların bu prosesə hazırlığını müzakirə ediblər. Bildirilib ki, bu mexanizm qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində müsbət dəyişikliklərə gətirib çıxara bilər, lakin onun uğurlu tətbiqi qlobal səviyyədə ədalətli yanaşmalardan, davamlı inkişaf və ekoloji ədalətin təmin edilməsindən asılı olacaq.

Dəyirmi masada ekspertlər iştirakçıların suallarını cavablandırıb, mütəxəssis şərhləri verilib.

Избранный
42
10
xalqqazeti.az

10Источники