RU

Azərbaycan və Yunanıstan arasında dəniz nəqliyyatının inkişafı ilə bağlı müzakirələr aparılıb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov COP29 tədbirində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Yunanıstanın dənizçilik və adalar siyasəti nazirinin müavini Stefanos Gikas ilə görüşüb.

RİNN-dən Bizim.Media-ya bildirilib ki, görüşdə iki ölkə arasında dəniz nəqliyyatı, yaşıl limanlar və dənizçilərin təlimi sahələrində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunan sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün ekspertlər səviyyəsində danışıqların davam etdirilməsinə dair razılığa gəlinib.

Bizim.Media

Избранный
44
bizim.media

1Источники