RU

YAP nümayəndə heyətinin Çinə səfəri

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində noyabrın 16-da Çin Kommunist Partiyası Nantun şəhər komitəsinin rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətlərinin inkişafının məmnunluq doğurduğu, qarşıda duran bütün hədəflərin reallaşdırılması üçün geniş imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Bu gün hər iki ölkənin dinamik inkişafı və yüksək nüfuzu ilə dünyanın diqqət mərkəzində olduğu, beynəlxalq münasibətlər sistemində layiqli yer tutduğu və öz mövqelərini davamlı olaraq möhkəmləndirdiyi vurğulanıb.

Görüş zamanı hər iki ölkənin sosial-iqtisadi inkişafı və gələcəyə yönəlik hədəfləri barədə ətraflı məlumat verilib, bir çox istiqamətlərdə yeni işbirliyi imkanları müzakirə olunub.

YAP ilə ÇKP-nin hakim siyasi partiyalar kimi dövlət başçılarının dostluq münasibətlərini və Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı əsas götürərək məqsədyönlü birgə fəaliyyəti uğurla davam etdirmək niyyətində və yeni uğurlara imza atmaq əzmində olduqları xüsusi vurğulanıb.

XQ

Избранный
32
14
xalqqazeti.az

10Источники