UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turuna yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son günündə 9 qarşılaşma baş tutub.
Türkiyə evdə Uelslə qolsuz heç-heçə edib.
Almaniya yığması doğma meydanda Bosniya və Herseqovinaya 7 cavabsız qolla qalib gəlib. Niderland millisi isə Macarıstanla görüşdə 4 cavabsız qola sevinib.
Azərbaycan millisinin rəqibləri İsveç və Slovakiya da münasibətlərinə aydınlıq gətiriblər. Üç qolluq oyunda isveçlilər sevinən tərəf olublar.
UEFA Millətlər Liqası
5-ci tur
16 noyabr
A Liqası, 3-cü qrup
Almaniya – Bosniya və Herseqovina 7:0
Qollar: Musiala, 2. Kleyndienst, 23; 79. Haverts, 37. Virts, 50; 57. Sane, 66.
Niderland – Macarıstan 4:0
Qollar: Veqhorst, 21-pen. Qakpo, 45+12. Dumfris, 64. Kopmeyners, 86.
Xallar: Almaniya – 13. Niderland – 8. Macarıstan – 5. Bosniya və Herseqovina – 1.
B Liqası, 1-ci qrup
Albaniya – Çexiya 0:0
Gürcüstan – Ukrayna 1:1
Qollar: Mikautadze, 76 – Kvirkveliya, 7-öz qapısına.
Xallar: Çexiya – 8. Gürcüstan – 7. Albaniya – 7. Ukrayna – 5.
B Liqası, 4-cü qrup
Türkiyə – Uels 0:0
Monteneqro – İslandiya 0:2
Qollar: Oskarsson, 74. Yohannesson, 88.
Xallar: Türkiyə – 11. Uels – 9. İslandiya – 7. Monteneqro – 0.
C Liqası, 1-ci qrup
Azərbaycan – Estoniya 0:0
İsveç – Slovakiya 2:1
Qolar: Dyökereş, 3. İsak, 48 – Hansko, 19.
Xallar: İsveç – 13. Slovakiya – 10. Estoniya – 4. Azərbaycan – 1.
D Liqası, 2-ci qrup
Andorra – Moldova 0:1
Qol: Postolaçi, 90+2.
Xallar: Moldova – 9. Malta – 6. Andorra – 0.