RU

Azərbaycanda bu məhsul bolluq dövrünü yaşayır - tonlarla tədarük edilir

İmişlidə xurma bağlarında meyvə tədarükünə başlanıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, xurma bağları rayonun Şahverdili kəndində daha çox əkilib. Kənddəki təsərrüfatların demək olar ki, 90 faizdən çoxunda xurma ağacları var.

Kənd sakini Nəbi Vəliyev deyir ki, bağda "şişburun" xurma növləri də var, amma içi qara olan növlər daha çox satılır.

Onun sözlərinə görə, hazırda məhsul bol, qiymətlər isə münasibdir. Xurmanın kiloqramı pərakəndə halda 90 qəpiyə, topdan satışla isə 40 qəpiyədir. Məhsul əsasən yerli bazarlara təhvil verilir. Lakin xaricdən də sifarişlər olur.

Fermerlər qeyd edirlər ki, ötən illərə nisbətən bu il xurma bağlarında daha çox məhsul yetişib. Çünki xurma bağlarında bu il demək olar ki, xəstəlik və ziyanvericilərə rast gəlinməyib. Bu da məhsuldarlığa müsbət təsir edib.

Qeyd edək ki, Şahverdili kəndində 200-dən çox təsərrüfatda hər il bağlardan 300 tondan çox məhsul tədarük edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
91
3
milli.az

4Источники