RU

"Lion" prezidenti klubu Fransa çempionatının elit divizionunda saxlayacağını vəd edib

Bakı. Trend:

"Lion" futbol klubunun prezidenti Con Tekstor, komandanın Fransaçempionatının elit divizionundakı yerini qoruyacağını və buməqsədlə klubun 100 milyon avro borcunu ödəyəcəyini bəyan edib.

Trend-inməlumatına görə, amerikalı biznesmen Fransa mətbuatınaaçıqlamasında maliyyə problemlərinin öhdəsindən gələcəklərinibildirib: "Bütün dünyaya elan edirəm: biz aşağı liqayadüşməyəcəyik. Layihəmizə inamımız tamdır. Səhmdarlarımız kifayətqədər maliyyə vəsaitinə malikdir. Klubun aşağı liqaya düşməsinə heçkim icazə verməyəcək."

Mövcud maliyyə çətinlikləri səbəbindən "Lion" ciddisanksiyalarla üzləşmək təhlükəsi ilə qarşı-qarşıyadır. Klubun ümumiborcu 500 milyon avroya çatır. Əgər bu borclar ödənilməzsə, komandaaşağı liqaya göndərilə, həmçinin transfer qadağaları ilə üzləşəbilər.

Con Tekstor bu vəziyyətdən çıxış yolu kimi İngiltərənin “KristalPalas” klubundakı payını satmaq niyyətindədir.

Избранный
74
az.trend.az

1Источники