RU

Tramp energetika naziri vəzifəsinə namizədinin adını açıqlayıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin energetika naziri vəzifəsinə “Liberty Energy” neft şirkətinin rəhbəri Kris Raytın namizədliyini irəli sürəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yeni seçilmiş prezidentin keçid komandasının yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Kris Rayt enerji sənayesində aparıcı texnoloq və sahibkardır. O, nüvə, günəş, geotermal və neft-qaz enerjisi sənayesində çalışıb.

Bəyanatda vurğulanıb ki, Rayt Trampın bazar ertəsi qurulduğunu elan etdiyi Milli Enerji Şurasında da təmsil olunacaq.

Избранный
35
7
operativmm.az

10Источники