RU

ABŞ-də meymunçiçəyinə ilk yoluxma faktı qeydə alındı

ABŞ-nin Kaliforniya ştatında meymunçiçəyinin yeni ştamına ilk yoluxma hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, ştatın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə bu yaxınlarda Afrikadan gələn şəxsdə müəyyən edilib. Ona tibbi yardım göstərilib, digər insanlarla təmasdan təcrid olunub və sağalmaq üzrədir.

Qeyd edək ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, Birləşmiş Ştatlar Afrikadan kənarda daha aqressiv hesab edilən yeni bir ştam haqqında məlumat verən altıncı ölkə oldu. Bu ştam Avropada da yayılır və İsveç, Almaniya və Böyük Britaniyada, həmçinin Hindistan və Taylandda aşkar edilib.

Избранный
49
2
qafqazinfo.az

3Источники