RU

Ermənistan “tıxac”a düşdü: 630 yük maşını yolda qalıb  

Gürcüstan-Rusiya sərhədində Ermənistana məxsus 630-dan çox yük maşını növbə gözləyir.

Musavat.com
bu barədə erməni mediasına istinadən xəbər verir.

Yuxarı Lars beynəlxalq keçid məntəqəsindən keçən yol buz bağladığına görə yük maşınları üçün bağlanıb, Gürcüstanın müvafiq agentliyi xəbər verir.
Məlumata görə, ancaq minik avtomobillərinə icazə verilir.

Qeyd edək ki, Gürcüstan Hərbi Yolu Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

Musavat.com

Избранный
49
musavat.com

1Источники