Ucarda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.
Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.