RU

Deputat təkliflə çıxış etdi

Milli Məclisinin deputatı Müşfiq Məmmədli Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda keçirilən “Anti-mikrobial Davamlılıq” mövzusunda Yüksək səviyyəli siyasi müzakirədə çıxış edib. M.Məmmədli, iqlim dəyişikliyinin bəşəriyyət üçün böyük bir problemə çevrildiyini vurğulayıb. O, 30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurları qeyd edərək, ölkəmizin COP29 kimi əhəmiyyətli bir tədbirə ev sahibliyi etməsinin böyük bir nailiyyət olduğunu söyləyib:

Millət vəkili  bildirib ki, “İqlim dəyişikliyi bəşəriyyətin böyük bir problemə çevrilmişdir və biz indi daha fərqli bir dünyada yaşayırıq, amma bundan daha fərqli bir dünyanın qurulması üçün çalışırıq. 30 illik müstəqillik dövründə, əslində müstəqil bir dövlət üçün qısa olan bir dövrdə Azərbaycan böyük uğurlar qazanmışdır. Bu uğurların bir təzahürü də COP29 kimi böyük bir tədbirə ev sahibliyi etməkdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan həm təbii ehtiyatlardan səmərəli istifadə edərək, həm də bu təbii ehtiyatları iqlim dəyişikliyinin qarşısının alınması və ekologiyanın sağlamlaşdırılması istiqamətində nümunə göstərən bir ölkə olmuşdur.

M.Məmmədli qeyd edib ki, iİqlim dəyişikliyi qlobal bir təhlükədir və bunu bir çox misallar çərçivəsində izah etmək istəyirəm. Şirin su ehtiyatlarının azalması və bəzən hətta su ehtiyatlarının yoxa çıxması bizim regionda, Qafqazda, Azərbaycanda Kür çayının səviyyəsinin aşağı enməsi, Mərkəzi Asiyada isə quruması iqlim dəyişikliyinin nə dərəcədə təhlükəli olduğunu göstərən misallardır. Mən Mərkəzi Asiyada bu prosesləri izləyərkən, araşdırmalar apararkən bir şeyi müşahidə etdim ki, suyun səviyyəsinin azalması və Aral dənizinin itməsi, yoxa çıxma təhlükəsi digər sağlamlıq problemləri meydana gətirir. Suyun duzluluğunun artması biomüxtəlifliyi məhv etmiş və havaya qalxan tozlar külli miqdarda yuxarı tənəffüs yolları xəstəliklərinin yaranmasına gətirib çıxarmış, yoluxucu xəstəliklərin də artmasına səbəb olmuşdur.

Amma Azərbaycan və Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin səyləri nəticəsində biz bu proseslərin qarşısının alınmasının şahidi oluruq. Bunun nəticəsidir ki, Kür çayının səviyyəsi artmışdır. Burada kommunikasiya və birlikdə əlaqə çox önəmlidir deyə qeyd edib.

Избранный
24
xalq.az

1Источники