"Əvvəlki illərlə müqayisədə temperatur və müharibələr artıb. Çünki münaqişələrdən əziyyət çəkən ölkələr iqlim dəyişikliyindən də əziyyət çəkirlər".
Bunu Bakıda COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə BMT-nin İqlim Dəyişmələri üzrə eksperti Katerine Vonq deyib.
O bildirib ki, bu, onu göstərir ki, iqlimə təsirlər gündən-günə artır:
"Münaqişələrdən əziyyət çəkən ölkələrdə çox böyük risklər mövcuddur. Xüsusən də kiçik ada dövlətləri və dənizə çıxışı olmayan ölkələr də iqlim dəyişmələri və maliyyə çatışmazlığından əziyyət çəkirlər. Bu da beynəlxalq və milli səviyyədə adaptasiya planlarının tətbiqini çətinləşdirir. Əsrin ortasında 200 milyon insan iqlim dəyişikliyi səbəbindən məcburi köçkün olacaq. Bu say daha da çox ola bilər".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта