RU

Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur?

Ruslar indi cəbhə xəttində təşəbbüsü ələ alıblar, onlar taktiki üstünlüklərdən uğurla istifadə ediblər və bu taktiki qazanclarını möhkəmləndirirlər.

"Ölkə.az" xəbər verir ki, bunu ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun Rusiya üzrə eksperti Corc Barros CNN-ə bildirib.

"Ukraynanın cəbhədə bir neçə problemli yeri var. Onlardan biri də Kupyansk vilayətidir. Bu şəhər müharibədən əvvəl mühüm nəqliyyat qovşağı idi və indi onun ruslar tərəfindən yenidən işğal təhlükəsi yaranıb. Bu baş verərsə, Ukraynanın ikinci böyük şəhəri Xarkova əlavə təzyiqlər olacaq.

Cəbhənin digər problemli hissəsi Pokrovskdan təxminən 40 kilometr cənubda yerləşən Kuraxovo şəhərinin ərazisidir. Sonuncu həm də tez-tez cəbhənin bu istiqamətində əsas logistika mərkəzi hesab edilirdi. Hələ yayda rusların Pokrovski tutmaq üzrə olduğu qorxusu var idi, lakin bu, indiyə qədər baş verməyib", - Barros qeyd edib.(Axar.az)

Избранный
27
4
olke.az

5Источники