RU

"Tədbirlər ikiqat artırılmalıdır" - Jacqueline Amongin

Liderlərin hər COP-da iqlim dəyişikliyi ilə bağlı maliyyələşmə üçün verdikləri vədləri yerinə yetirməyə sadiq qalmalarını görmək istəyirəm.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şərqi Afrika Qanunvericilik Assambleyasının parlament üzvü Jacqueline Amongin deyib.

O deyib ki, Azərbaycanda keçirilən COP29-dan gözləntilərim böyükdür:

"Gözləntilərim əsasən iqlim öhdəliklərinin nəticələri, qlobal iqlim maliyyələşdirilməsi və Afrika kimi iqlimə həssas ölkələrlə bağlıdır. Həmçinin liderlərin hər COP-da iqlim dəyişikliyi maliyyələşdirilməsi üçün verdikləri vədləri yerinə yetirməyə sadiq qalmalarını görmək istəyirəm. Amma ən əsası, adaptasiya mətnini görmək istəyirəm. Adaptasiya tədbirləri ikiqat artırılmalıdır".


Müəllif: Tapdıq Qurbanlı
Избранный
34
teleqraf.com

1Источники