RU

Azərbaycan millisinin futbolçusu zədələndiyi üçün İsveçə aparılmayacaq

Azərbaycan millisinin daha bir futbolçusu səfərdə İsveçə qarşı keçiriləcək UEFA Millətlər Liqasının sonuncu - VI turunun matçını buraxacaq.

“İki sahil” xəbər verir ki, Rahil Məmmədov sözügedən qarşılaşmada komandaya kömək edə bilməyəcək.

Buna müdafiəçinin Qəbələdə Estoniya ilə qolsuz bitən görüşdə zədələnməsi səbəb olub.

Məmmədov buna görə İsveçə aparılmayacaq. Əvvəlki oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Elvin Cəfərquliyev də meydana çıxmayacaq.

Qeyd edək ki, noyabrın 19-da reallaşacaq İsveç - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

Избранный
24
9
ikisahil.az

9Источники