Milli Məclisin deputatı Rövşən Muradov seçicilərlə görüşdü.
XALQ.AZ məlumat verir ki, millət vəkili Sumqayıt şəhərində yerləşən Laçın rayon 5 nömrəli tam orta məktəbdə keçirdi.
Laçın rayon sakinləri və məktəbin müəllim heyəti ilə görüşən Rövşən Muradov ilk öncə fərdi qaydada seçicilərin müraciət və təkliflərini dinlədi.
Sonra isə məktəbdə şəhidlərin adlarına verilən sinif otaqları ilə tanış oldu. Daha sonra isə görüş məktəbin müəllim kollektivinin iştirakı ilə davam etdi. Hər iki görüşdə vətəndaşların qaldırdıqları məsələlər diqqətlə dinlənildi və onların həlli istiqamətində müvafiq işlərin aparılacağı iştirakçıların diqqətinə çatdırıldı.
Həmçinin, digər məsələlərlə bağlı müvafiq qeydlər aparılmaqla, onların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edildi.