RU

Ara məsafəsi  

Hərəkətin təhlükəsizliyinin təmin edilməsinin əlamətlərindən  biri  nəqliyyat vasitələri arasında  məsafənin saxlanılmasıdır.

Çünki avtomobillər arasında ara məsafəsi saxlanılanda  onların toqquşma ehtimalı da azalır. Çox təəsüf ki, bəzi sürücülər dediyimiz qaydalara əməl etmir və nəticədə belə yol- nəqliyyat hadisələri baş verir! İstər şəhərdaxili, istərsə də respublika əhəmiyyətli yollarda bu qaydalara birmənalı olaraq sürücülər əməl etməyə borcludurlar.

Amma buna bir çox sürücülər əfsuslar olsun ki, əməl etmir, hətta yoda bir metr belə ara məsafəsi saxlamır. Elə bir gün olmur ki, Bakıda və magistral yollarda belə hadisələr baş verməsin. Xüsusilə yağışlı havada  sürücülər metroloji şəraiti nəzərə almalı, yolun sürüşkənliyini dəyərləndirməyi və buna uyğun sürət həddi seçməli, mütləq ara məsafəsi saxlamalıdir.Bir daha yol polisi nəqliyyat vasitələrinin sürücülərinə tövsiyə edirik ki, ara məsafəsinin  saxlanılması hərəkətin təhlükəsizliyini təmin edir!

Emil Faiqoğlu

Избранный
75
adalet.az

1Источники