RU

"Pis oynamadıq, amma bu, qələbə üçün kifayət etmədi" - Musa Qurbanlı

style='margin-bottom:10px;'>

“Əlbəttə ki, qələbə qazanmağı çox istəyirdik. Bu matçda 3 xal qazanmağın bizim üçün nə qədər vacib olduğunu dərk edirdik. Pis oynamadıq. Lakin bu, qələbə üçün kifayət etmədi. Nəticə məyusedicidir. Kifayət qədər qol epizodları yaratsaq da, fərqlənə bilmədik”. 

QOL.az saytına açıqlamasında bu sözləri milli komandamızın hücumçusu Musa Qurbanlı UEFA Millətlər Liqasının 5-ci turunda Estoniyaya qarşı Qəbələdə keçirilən oyun (0:0) barədə danışarkən deyib. 

O, “Qol vurmağınıza nə mane oldu?” sualını belə cavablandırıb: “Bu barədə mənim nəsə deməyim düzgün olmaz. Məşqçilər korpusu oyunu analiz edəcək. İsti başla nəsə deyə bilmərəm. Yenə deyirəm, kifayət qədər qol epizodlarımız oldu, lakin dəyərləndirə bilmədik”. 

M.Qurbanlı 2 gün sonra İsveçə qarşı keçiriləcək 6-cı tur matçının çətin alınacağını söyləyib: “Estoniya ilə matçda qələbə qazanıb səfərə getsəydik, daha yaxşı olardı. Bu halda İsveç önünə daha yüksək motivasiya ilə çıxardıq. Çalışacağıq yaxşı oyun göstərək və hər nə qədər çətin olsa da, İsveçlə görüşdə uğur qazanaq”. 

22 yaşlı forvard millimizin D liqasına düşmək təhlükəsinə də toxunub: “Sona qədər döyüşəcəyik. Əlimizdən gələni edəcəyik ki, bu vəziyyətdən çıxa bilək”. 

Избранный
79
1
teleqraf.com

2Источники