RU

Baş prokuror Tacikistanın müstəqil antikorrupsiya qurumunun rəhbəri ilə görüşüb

Bakı. Trend:

Baş prokuror Kamran Əliyevin dəvəti ilə TacikistanRespublikasının Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya qarşıMübarizə Agentliyinin direktoru Suleymon Sultonzodanın rəhbərliketdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Fəxri Xiyabanı ziyarət edən qonaqlar xalqımızın Ümummillilideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusuHeydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklilqoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanımƏliyevanın məzarını ziyarət ediblər. Daha sonra qonaqlar ŞəhidlərXiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrundamübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarlarıüzərinə tər qərənfillər düzərək, "Əbədi məşəl" abidəsinin önünəəklil qoyublar.

Baş Prokurorluqda keçirilən ikitərəfli görüşdə qonaqlarısalamlayan Baş prokuror, ölkələrimiz arasında bütün sahələrdəəlaqələrin dövlət başçılarının uzaqgörən siyasətləri nəticəsindəyüksələn xəttlə inkişaf etdiyini vurğulayıb.

Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin siyasi iradəsi və rəhbərliyi ilə demokratik və hüquqidövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşımübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli qabaqlayıcıtədbirlər, aparılmış hüquqi və institusional islahatlar, milliantikorrupsiya qanunverciliyinin təkmilləşdirilməsi, prokurorluqorqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi,strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamiləyenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar,həmçinin çağdaş dövrdə qarşıda duran digər vəzifələr barədəqonaqlara ətraflı məlumat verib.

Baş prokuror ölkəmizin suveren ərazi bütövlüyünün tam şəkildəbərpa edildiyini, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə işğaldanazad edilmiş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işlərininaparıldığını xüsusilə vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Suleymon Sultonzodarəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyükönəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi,siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını vəbunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütünməsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinəəminliyini ifadə edib.

Nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyində ulu öndərHeydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçininAzərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əksetdirən guşə və eksponatlarla tanış olublar.

Daha sonra qurumlarımız arasında hüquqi əməkdaşlığıngücləndirilməsi, qarşılıqlı işgüzar səfərlərin təşkil edilməsi,həmçinin təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə2024-2025-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalandı.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Baş
Baş
Baş
Baş
Baş
Baş
Избранный
238
8
az.trend.az

10Источники