RU

"Na-Na"nın keçmiş solisti öldü

Məşhur "Na-Na" pop qrupunun keçmiş üzvü Vladimir Levkin 57 yaşında vəfat edib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, məlumatı musiqiçinin həyat yoldaşı, Marusya Levkina təxəllüsü ilə tanınan Marina İçetovkina təsdiqləyib.

Noyabrın 16-da Levkin pnevmoniya şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Vladimir Levkin uzun müddətdir xərçənglə mübarizə aparırdı. 2000-ci illərin əvvəllərində ona 4-cü mərhələdə limfa xərçəngi diaqnozu qoyulub. Musiqiçi iki dəfə sümük iliyi transplantasiyası və kimyaterapiya kursu keçərək xəstəliyə qalib gələ bilib.

Избранный
53
23
unikal.az

10Источники