RU

Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi ilə görüşüb...

Poliqon xəbər verir ki, Beynəlxalq Kanoe Federasiyasının Prezidenti Azərbaycan paytaxtının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu dedi və bu gün Bakıda COP29 ilə əlaqədar keçiriləcək avarçəkmə yürüşünün yüksək səviyyədə təşkil edildiyini və bunun üçün hər cür şəraitin yaradıldığını qeyd etdi.

COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev qonaqların bu tədbirdə iştiraklarına görə minnətdarlığını bildirdi.

Bu tədbirin ən yüksək səviyyədə təşkil edildiyini deyən Tomas Konietzko burada iştirakçıların rahatlığı üçün hər cür şəraitin yaradıldığını vurğuladı.

Prezident İlham Əliyev COP29-a hazırlıq vaxtının az olmasına baxmayaraq bütün təşkilati işlərin qısa zamanda həyata keçirildiyini qeyd etdi.

Qonaq Qarabağa, Suqovuşana səfər etdiklərini məmnunluqla deyərək, orada görülən bərpa-yenidənqurma işlərinin, idmanın inkişafının, o cümlədən avarçəkmə üçün yaradılan şəraitin çox böyük təəssürat bağışladığını dedi. O, ölkəmizdə kanoe idman növü üçün də yaxşı şəraitin yaradıldığını vurğuladı və buna görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Azərbaycanın idmanın, o cümlədən idmanın avarçəkmə növünün inkişafında böyük rol oynadığını deyən qonaq bunun da ətraf mühitin qorunmasına töhfə verdiyini bildirdi.

Qonaqlar dövlətimizin başçısına xatirə hədiyyələri təqdim etdilər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi ilə görüşüb.

Poliqon xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Poliqon.info

Избранный
49
13
poliqon.info

10Источники