Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndində keçmiş məsciddə qazın partlaması nəticəsində faciə baş verib. Hadisə nəticəsində azı 3 nəfər həyatını itirib, 16 nəfər isə yaralanıb.
Referans.az" target="_blank">Referans.az TASS-a istinadən verdiyi xəbərə görə, Akmola vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Məlumatda bildirilir ki, həlak olanlardan biri 1978-ci il təvəllüdlü kişi, digərləri isə 1983-cü il təvəllüdlü qadın və 2012-ci il təvəllüdlü uşaqdır. Yaralılar təcili olaraq Astana şəhər xəstəxanasına çatdırılıb.
Xilasedicilər binadan altı qaz balonunu çıxarıblar. Ümumilikdə məsciddə yeddi balon olduğu müəyyən edilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.