RU

Biz Pallonenin mühafizəçilərinin QHT üzvlərinə qarşı zorakılıq faktlarının araşdırılmasını tələb edirik - Aksiya iştirakçısı

Bakı. Trend:

Biz Frank Pallonenin mühafiçilərinin QHT üzvlərinə qarşızorakılıq faktlarının araşdırılmasını tələb edirik.

Bunu Trend-əaçıqlamasında ABŞ Konqresinin ermənipərəst üzvü Frenk Palloneninqaldığı otelin qarşısında keçirilən aksiyanın iştirakçısıİnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədriCəsarət Hüseynzadə deyib.

"BMT-nin beynəlxalq tədbiri çərçivəsində ABŞ konqresmeni FrankPallone Azərbaycana səfəri baş tutub. Amma biz bilirik ki, bu şəxsuzun müddətdir ki, Azərbaycana qarşı qarayaxma kampaniyasınınönündə gedən şəxslərdən biridir və ermənipərəstdir. Ermənilərinərazilərimizi işğal altında saxladığı dövrdə onun Azərbaycansərhədlərini qanunsuz olaraq bir neçə dəfə pozması halları bir neçədəfə baş verib", - o bildirib.

Onun sözlərinə görə, bütün suallara cavab tapmaq üçün QHTüzvləri dünən onun qaldığı otelin qarşısında aksiya keçirib.

"Lakin çox təəssüf ki, o bizim və mətbuatın suallarına cavabverməkdən imtina edərək, əksinə, öz mühafiçilərinə tapşırıq verdiki, QHT-lərin üzvlərinə qarşı zorakılıq tətbiq olunsun. BizimQHT-lər bununla bağlı artıq Daxili İşlər Nazirliyinə müraciətediblər. Müraciətdə göstərilir ki, biz bu faktların araşdırılmasınıtələb edirik. Ümumiyyətlə, belə bir şəxsin BMT-nin qlobaltədbirində iştirakı dözülməzdir", - o bildirib.

Qeyd edək ki, bu gün bir qrup Azərbaycan QHT təmsilçiləri2024-cü il noyabrın 16-da islamafob, türkofob, maliyyəfırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank PelonininAzərbaycana səfərinə etiraz edərək, onun qaldığı otelin qarşısındadinc etiraz aksiya keçirib və onun Azərbaycan xalqından üzristəməsini tələb edib.

Məqalədə:
Избранный
36
1
az.trend.az

2Источники