RU

İbn Sinanın saç tökülməsini dayandıran RESEPTİ

Sağlamlıq sahəsində qabaqcıl fəaliyyəti ilə tanınan İbn Sinanın saç sağlamlığı üçün inkişaf etdirdiyi təbii müalicə üsulları da var. İbn Sina "Əl-qanun fit-Tıbb" (Tibb qanunu) əsərində saç sağlamlığı üçün bir çox bitki mənşəli həllər təklif edib.

Redaktor.az teleqraf.com-a istinadla xəbər verir ki, o, kəpəyə qarşı çəmən otu yağını tövsiyə edir. Bu yağ başın dərisində quru saç tökülməsinin qarşısını alaraq kəpək əmələ gəlməsini azaldır.

Saç tellərini gücləndirən çəmən otu yağı saç follikullarını gücləndirərək saçları daha sağlam edir. Bu yağ saç tökülməsinin qarşısını alır və saçın təbii parlaqlığını artırır. Yağ həmçinin saçdakı qırılmaları da azaldır.

Alimin saça qulluq üçün tövsiyə etdiyi daha bir vasitə dəfnə yağıdır. Dəfnə yağı saçqıranların müalicəsində tövsiyə olunur. Effektiv təbii müalicə üsulu kimi tanınır. Saç follikullarını canlandırır, yeni saçların böyüməsini stimullaşdırır və baş dərisini sakitləşdirir.

Dəfnə yağı saçların sağlam və hamar olmasına da kömək edir.

Избранный
44
15
redaktor.az

10Источники