RU

Naxçıvanda keçirilən monitorinq imtahanlarında 8 mindən çox şagird iştirak edib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi noyabrın 17-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX və XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq monitorinq sınaq qiymətləndirmə imtahanı keçirib.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, monitorinq imtahanlarında muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 8 mindən çox şagirdin iştirakı təmin olunub. İmtahanda şagirdlərə Azərbaycan və ingilis dillərinin hər birindən ayrı-ayrılıqda 30, riyaziyyat fənnindən isə 25 olmaqla ümumilikdə 85 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.

Monitorinq imtahanı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub. Mərkəzin imkanlarından istifadə edilməklə IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış və qəbul imtahanları formatında olmaqla tədris ili ərzində 6 monitorinq qiymətləndirmə imtahanları təşkil ediləcək.

Monitorinq qiymətləndirmə imtahanları Dövlət proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən ödənişsiz həyata keçirilir.

Избранный
44
1
ikisahil.az

2Источники