RU

Rusiya Ukraynanı 120 raket və 90 dronla atəşə tutdub

Bu gün Rusiya Ukraynaya 120 raket və 90 dron buraxıb.

Viral.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda açıqlayıb.

“Ukraynanın bütün bölgələrinə kombinasiya edilmiş kütləvi zərbə endirilib. Bu gecə və səhər saatlarında Rusiya terrorçuları müxtəlif tipli, xüsusən də “Şahid” tipli dronlardan istifadə ediblər. Qanadlı, ballistik və aeroballistik raketlər: sirkonlar, “İskəndər”lər, “Kinjal”lar. Ümumilikdə, təxminən 120 raket və 90 dron”, – dövlət başçısı söyləyib.

Son Yazılar:

Ukrayna lideri hava hücumundan müdafiə qüvvələrinin “140-dan çox hava hədəfini məhv etdiyini” vurğulayıb.

O, hədəfin Ukraynanın enerji infrastrukturu olduğuna diqqət çəkib: “Təəssüf ki, zərbələrdən və qalıqların düşməsindən obyektlərə ziyan dəyib”.

Zelenski Mıkolaevdə dron hücumu nəticəsində iki nəfərin öldüyünü, daha altı nəfərin, o cümlədən iki uşağın yaralandığını açıqlayıb.

“Hazırda işıqsız qalan ərazilərimiz var”, – dövlət başçısı diqqətə çatdırıb.

O, hava hücumunun dəf edilməsi zamanı Qərbin ötürdüyü F-16 qırıcılarının da iş başında olduğunu bildirib.

Избранный
14
25
viral.az

10Источники