RU

Kiçik ada dövlətlərinə kömək etmək üçün maliyyə mexanizmi yaratmalıyıq - Tonqalı deputat

Bakı. Trend:

Kiçik ada dövlətlərinə kömək etmək üçün maliyyə mexanizmiyaratmalıyıq.

Trend xəbər verir ki, bunu tonqalı deputatPaula Piveni Pikula COP29 çərçivəsində Parlamentlərarası İttifaqın(IPU) və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkiletdiyi Parlament Görüşü çərçivəsində “İnsanların mobilliyinin vəiqlim dəyişikliyinin idarə edilməsi: İqlim dəyişikliyinin səbəbolduğu miqrasiya və yerdəyişmə problemlərinin həlli” mövzusundapanel sessiyasında çıxışı zamanı deyib.

"Biz öz mənfəətləri üçün qalıq yanacaq istehsal edən ölkələrinyaratdığı hava fəlakətlərinin qurbanıyıq. İnanıram ki, onlarzəngindirlər, lakin bu hərəkətlərin dolayı nəticələri adaxalqlarına əziyyət verir. 206 adadan 166-sının payına ümumi karbonemissiyasının 10 faizindən azı düşür", - o bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə ən yüksək dəniz temperaturumüşahidə olunacaq.

"Siz dünyanızı qalıq yanacaqlar üzərində qurmusunuz və biz heçvaxt kompensasiya almamışıq. Dövlətlərimizə kömək etmək üçünqanunla deyil, könüllülük əsasında emissiyaların 80 faizini buraxanölkələrlə koordinasiyanı nəzərə alan maliyyə mexanizmi yaratmağınvaxtı çatıb", - o bildirib.

Qeyd edək ki, tədbirdə Parlamentlərarası İttifaqının (IPU)Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı SevilMikayılova da iştirak edir.

Xatırladaq ki, ötən gün Bakıda COP29 çərçivəsindəParlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgətəşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. TədbirdəParlamentlərarası İttifaqın prezidenti Tulia Akson, AzərbaycanMilli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarasıİttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatıSevil Mikayılova iştirak ediblər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Məqalədə:
Избранный
59
3
az.trend.az

4Источники