RU

Şamil Ayrım: "Azərbaycan bu tədbirlə regionda liderliyini bir daha sübut etmiş oldu"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan COP29-u çox möhtəşəm şəkildə təşkil edib. Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevi, Azərbaycan xalqını, əməyi keçən hər kəsi təbrik edirəm. 190-dan çox ölkənin 72 mindən çox nümayəndəsinin qatıldığı tədbir çox yaxşı təşkil olunub. Azərbaycana ilk dəfə gələn xarici qonaqların da məmnunluq hissi keçirdiyinin şəxsən şahidi olmuşam".
Bunu Oxu.Az-a müsahibəsində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım deyib.
- COP29 Azərbaycan üçün nə vəd edir və Azərbaycanın bəşəriyyətin xilası üçün atdığı addımları necə qiymətləndirirsiniz?
- Təbii ki, bu, Azərbaycanın təhlükəsizlik, əminamanlıq, eləcə də turizm üçün əlverişli ölkə olduğunu bildirir və Qarabağdakı ərazilərə yaşıl enerji keçidi ilə bağlı əcnəbi sərmayədarların gəlməsinə şərait yaradacaq. Azərbaycan bu sammitə ev sahibliyi etməklə inkişaf etməkdə olan ölkənin də belə bir tədbirə ev sahibliyi etmək gücündə olduğunu nümayiş etdirir. Bu da digər inkişaf etməkdə olan ölkələr üçün nümunədir. Azərbaycan bu tədbirlə həm də regionda liderliyini bir daha sübut etmiş oldu. Çünki bu sammitə ev sahibliyi gündəmə gələndə Ermənistan da buna dəstək vermişdi.
- Amma Ermənistan tədbirə qatılmadı. Bunu necə anlamaq olar?
-Təbii ki, sülh və danışıqlar naminə Ermənistanın bu tədbirdə iştirak etməsi lazım idi. Bu, Qafqazda sülh və təhlükəsizliyin davamlı olması üçün zəruri idi. Ermənistanla yanaşı Avropanın da bəzi ölkələri bu tədbirə qatılmadılar. Bu da onların günahıdır. Cənab Prezident İlham Əliyev liderlər sammitində onlara lazım olan cavabı verdi. Azərbaycan Qafqazda ulduz kimi parlayır, inkişaf edir və düzgün istiqamət seçib. Yaşıl enerji mənbələrini də artırır. Karbon emissiyalarını azaltmağı hədəfləyib ki, bunlar da önəmli tədbirlərdir. Bakı iqlim dəyişikliyi ilə bağlı nə qədər səmimi olduğunu bütün dünyaya göstərir.
- Ermənistanın və havadarlarının bu kimi addımları sülhü təhdid etmir?
- Cənab İlham Əliyev sülh prosesini çox yaxşı idarə edir. Düzünü desək, Fransa prosesdən çəkilsə, bu məsələ həllini tapacaq. Çünki Paşinyan Prezident İlham Əliyevlə görüşəndə müsbət danışır, görüş bitəndən sonra erməni diasporu və böyük dövlətlərin təsiri ilə fikrini dəyişdirir. Amma bunlar mənasızdır. Ermənistan nə qədər silahlandırılsa da, dəstək görsə də, Qarabağ Azərbaycandır. Bu reallığı heç kim dəyişdirə bilməz.
- Sülh sazişinin faydalarını necə şərh etmək olar?
- Ermənistan sadəcə vaxtı uzadır. Çünki özü də bilir ki, münasibərlərin normallaşmasından ən çox özü fayda görəcək. Ermənistan iqtisadi-siyasi blokadadadır, lakin təsəvvür edin ki, Azərbaycan və Türkiyə ilə sərhədlər açılır, Ermənistan dünyaya çıxış əldə edir. Ona görə də, Ermənistan hakimiyyəti xalqının rifahını düşünürsə, bu fürsəti dəyərləndirməlidir. Necə ki, illər əvvəl "Qarabağ Ermənistandır" deyən Paşinyanı, 44 günlük müharibədən sonra "Qarabağ Azərbaycandır" deməyə məcbur etdik. Yenə də eynisi olacaq. Ağıllarını başlarına yığmaları lazımdır.
Mərahim Nəsib
Избранный
12
50
oxu.az

10Источники