Parlament Görüşündə qəbul edilən yekun sənəd parlament üzvləri üçün yol xəritəsi olacaq...
"Report" xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq COP29 çərçivəsində iki gün davam edən Parlament Görüşünün yekununda deyib.
O, bu görüşü tarixi yığıncaq adlandırıb.
İttifaq rəsmisi iclasa görə Azərbaycan Mili Məclisinə təşəkkür edərək qəbul olunan yekun sənədin mühüm töhfələr verəcəyini bildirib:
"Sənəd çox konsultativ məşvərət prosesinin məhsuludur. Çalışdıq ki, parlament üzvlərinin ümumi rəyini alaq. Bu sənəd parlament üzvləri üçün yol xəritəsidir, birliyi və həmrəyliyi təşviq edir. İclasa 300-dən çox iştirakçı qatılıb. Biz başa düşməliyik ki, iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görməliyik".
M.Çunqonq vurğulayıb ki, Parlament Görüşü artıq COP müzakirələrinin mərkəzində dayanır.
Poliqon.info