RU

“Təmiz suda avar çək!” devizi altında yürüş keçirilib - YENİLƏNİB - FOTOLAR

17 noyabr – Milli Dirçəliş Günündə bulvarda, Bakı Avarçəkmə və Kanoe İdmanı (BAKİ) klubunun yerləşdiyi ərazidə “Təmiz suda avar çək!” devizi altında yürüş keçirilib. SİA xəbər verir ki, yürüşə Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP-29 üçün Azərbaycana səfər edəcək 50-dən çox fəxri qonaq qatılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tədbiri açıq elan etdiyini bildirib. O, qeyd edib ki, biz buna görə və hamımız üçün yaxşı təcrübəyə görə təşəkkür edirik: "İnanıram ki, əvvəllər olduğu kimi davam edəcək və getdikcə daha çox ictimaiyyətin, medianın diqqətini cəlb edəcək və daha çox insan bu layihəyə qoşulacaq. Bu dəfə təbiətin mühafizəsindən, təmiz sudan danışırıq və tədbirimiz təmiz suda avar çəkməkdir. Məncə, bu, çox yaxşı tədbirdir. Artıq Azərbaycanda iqlimin inkişafı barədə və beynəlxalq ictimaiyyətin dəstəyi ilə bizə məlumat verilib. Mən sizin hamınızı Milli Dirçəliş Günü münasibətilə təbrik etmək və mərasimimizi rəsmi şəkildə açmaq istərdim".

Daha sonra Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan Kristof Roland çıxış edərək Qlobal Avarçəkmə Aksiyasının Böyük Finalında iştirak etməkdən böyük şərəfdir və böyük məmnuniyyət hiss etdiyini bildirib: "Tədbir Azərbaycanda COP29 münasibəti ilə keçirilir. İcazə verin, ilk növbədə, Azərbaycanı bu çox mühüm tədbirə, COP29-a ev sahibliyi etdiyinə görə təbrik edim. Bildiyiniz kimi, idman cəmiyyətin bir hissəsidir və idman dünyanın üzləşdiyi problemlərə qarşı mübarizədə məsuliyyət daşıyır. Ona görə də mən bu möhtəşəm tədbirdə Bakıda olmaqdan çox qürur duyuram və çox məmnunam və bu tədbir üçün hamınıza ən yaxşısını arzulayıram".

Rəsmi hissədən sonra avarçəkməyə start verilib. Yarışmaçılar Xəzərin sularında avar çəkiblər.

Qeyd edək ki, “Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlər dünyanın 100-dən çox şəhərini əhatə edir.

Избранный
138
sia.az

1Источники