RU

"Bu, tibbi departament deyil, klubdur" - Neymar haqda danışdı

style='margin-bottom:10px;'>

Braziliyanın "Palmeyras" klubunun prezidenti Leyla Pereyra "Əl-Hilal"ın futbolçusu Neymarın transferi haqda danışıb. 

QOL.az xəbər verir ki, o, Braziliya mətbuatına açıqlamasında deyib: "Neymar "Palmeyras"a gəlməyəcək. Bu, tibbi departament deyil, klubdur. Mən elə oyunçu istəyirəm ki, sabah məşqçi lazımlı bilsə, oyuna çıxa bilsin. Oyuna çıxa bilməyən heç bir oyunçu ilə müqavilə imzalamaram". 

Qeyd edək ki, Neymar bir illik zədədən sağaldıqdan sonra yenidən 1,5 aylıq sıradan çıxıb. 32 yaşlı hücumçunun "Əl-Hilal"la müqaviləsi 2025-ci ilin yayına qədərdir. 

Избранный
54
4
teleqraf.com

5Источники