Bu il Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-oktyabr aylarında 53,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib. Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 1,5 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb. Sənaye məhsulunun 64 faizi mədənçıxarma sektorunda, 30,3 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.