RU

Gürcüstan parlamentinin ilk iclasının vaxtı açıqlandı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə parlamentinin seçkinin rəsmi nəticələri elan olunduqdan 10 gün sonra, yəni noyabrın 25-də toplaşacağını bildirib.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə aspny.ge məlumat yayıb.

O, ölkənin qanunverici orqanının legitimliyi ilə bağlı sualı belə cavablandırıb.

Baş nazirin sözlərinə görə, heç bir ölkədə parlamentin müxalifətin legitimliyinə ehtiyacı yoxdur və əgər başqa cür olsaydı, heç bir demokratik sistem fəaliyyət göstərə bilməzdi.

“Parlamentin ilk iclasına gəlincə, bildiyiniz kimi, son tarixlər Gürcüstan Konstitusiyası ilə müəyyən edilib. Güman edirik ki, Gürcüstanın hələ də formal Prezidenti olan Salome Zurabişvili növbəti dəfə Gürcüstan Konstitusiyasını pozacaq və parlamentin ilk iclasını təyin etməyəcək. Belə olan halda Gürcüstan parlamenti seçkilərin rəsmi nəticələrinin dərcindən sonra düz 10-cu gündə, yəni noyabrın 25-də toplaşacaq. Bunu Konstitusiya təsbit edir”, – Kobaxidze bildirib.

Избранный
27
2
medianews.az

3Источники