RU

Gyökereş gələcək planları haqda danışdı

style='margin-bottom:10px;'>

"Sportinq"in futbolçusu Viktor Gyökereş gələcək planları haqda danışıb. 

QOL.az xəbər verir ki, 26 yaşlı hücumçu İsveç mətbuatına açıqlamasında deyib: "Mən mövsümü "Sportinq"də bitirmək istəyirəm. Buranı sevirəm. Vaxtı gələndə yeni klub haqda düşünəcəyəm. Ən vacibi odur ki, mən oynamaq istəyirəm. Digər faktorlar da var".

O, sabiq baş məşqçisi Ruben Amorimlə birgə "Mançester Yunayted"ə keçməyi planlaşdırmadığını bildirib: "Onun yeni klubunda hücumçuları var. "Sportinq"i tərk etməsini görmək məyusedicidir, amma, əlbəttə ki, onun qərarını anlayırıq. O, mənim üçün vacib idi. Amorim mənə şans verdi ki, özümü inkişaf etdirim". 

Qeyd edək ki, Viktor Gyökereş bu mövsüm "Sportinq"in heyətində 18 oyuna çıxaraq 23 qol vurub və 4 qolun ötürməsini edib. Onun Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

Избранный
34
teleqraf.com

1Источники