RU

Astarada avtomobil qadını vuraraq öldürdü

Astarada avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Pensər kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Qismət Cəbrayıl oğlu Feyziyev idarə etdiyi "VAZ-2104" markalı minik avtomobili ilə yolu keçən Xəyalə Məzahir qızı Nəsirovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: yenisabah.az

Избранный
5
14
yenisabah.az

10Источники