RU

Azərbaycanda keçirilən COP29 tədbiri ölkəmizin uğurudur -Səkinə Babayeva

Azərbaycanda keçirilən COP29 tədbiri ölkəmizin uğurudur.

“İki sahil” xəbər verir ki,  bunu COP29 zamanı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin stendində Qadın sahibkarlarına dəstəklə bağlı tədbirdə çıxışı zamanı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva deyib.

O bildirib ki, tədbir Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə liderlik mövqeyini möhkəmləndirmək üçün böyük bir fürsət olduğunu göstərir.

“Belə tədbirlər, həmçinin beynəlxalq əməkdaşlıq və davamlı inkişaf hədəfləri istiqamətində atılan mühüm addımlardır. Azərbaycanda keçirilən COP29, qlobal miqyasda ətraf mühitin qorunmasına dair müzakirələrə töhfə vermək, ölkənin ekologiya siyasətini daha da irəlilətmək və dünyanın ən mühüm iqlim məsələlərinə diqqət çəkmək baxımından əhəmiyyətlidir.

İqlim dəyişiklikləri və ekoloji dayanıqlıq qadın sahibkarları üçün böyük əhəmiyyət kəsb edir.

Dünyada qadınların ekoloji sahədəki təşəbbüslərini artırmaq və ekoloji təmiz bizneslərin inkişafı artıb.

COP29, qlobal iqlim dəyişiklikləri ilə mübarizə və ekoloji problemlərin həlli istiqamətində bir çox ölkənin nümayəndələri ilə müzakirələr aparmaq üçün əhəmiyyətli bir platformadır.

Əsas məqsədlərimizdən biri də dünya ölkələrindən gələn 2200 qeyri-hökümət təşkilat ilə dövlətlərarası körpüləri qurmaqdır. Düşünürəm ki, buna çox gözəl nail ola bilmişik”, -deyə o qeyd edib.

Избранный
22
2
ikisahil.az

3Источники