RU

Erməni nazirlər gecə ilə istefa verdi

Ermənistanın infrastruktur naziri və Dövlət Gəlirləri Komitəsini rəhbəri baş nazir Nikol Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi yazıb.


News365.az xəbər verir ki, bu barədə “Şamşyan.com” saytı məlumat yayıb.


Qeyd olunur ki, Qnel Sanosyan və Rüstəm Badasyan Ermənistanın baş naziri Nikol Paşinyanla təcili iclasa çağırılıb.


Öz növbəsində “24nyus” xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib. Ardınca İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan da həmkarlarından nümunə götürüb.


Hələlik informasiyalar təsdiqini tapmayıb.


Səs-küylü istefaların rəsmi təsdiqi hələlik yoxdur. Baş nazirin tezliklə qərar verəcəyi gözlənilir.


Bütün bunların Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinə verdiyi son töhmətdən sonra baş verməsi diqqət çəkib.

Избранный
29
5
news365.az

5Источники