RU

Türkiyə təsdiq etdi: “Hersoqa biz yol vermədik”

Musavat.com bildirir ki, Türkiyə hökuməti, İsrail prezidenti İshaq Hersoqun Bakıya uçması üçün hava məkanının istifadəsinə icazə verilmədiyini təsdiqləyib.

“Hurriyet” qəzetinin yüksək vəzifəli rəsmi şəxslərə istinadən yaydığı məlumata görə, İsrail tərəfi Hersoqun Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransında (COP29) iştirak etmək üçün Türkiyənin hava məkanını istifadə etmək üçün rəsmi müraciət etmişdi. Lakin bu müraciət Türkiyə tərəfindən rədd edilib.

Türkiyənin bu qərarı İsraillə olan diplomatik əlaqələrdəki gərginliyin pik nöqtəsi sayılır.
Üstəlik, bəzi iddialara görə, hətta Azərbaycan tərəfi qardaş Türkiyədən hava məkanını açması xahişini edibmiş. Lakin bu xahiş də keçərli olmayıb.

Musavat.com olaraq, bu məsələ ilə bağlı baş verənləri izləməyə davam edəcəyik. 

Xəbərin istinadı bu linkdə: https://www.hurriyet.com.tr/gundem/turkiye-israil-cumhurbaskani-herzogun-turk-hava-sahasini-kullanma-talebini-reddetti-42595283

 

Musavat.com

Избранный
54
3
musavat.com

4Источники