RU

İnfrastruktur naziri və vergi orqanlarının rəhbəri Paşinyanla sərt söhbətdən sonra istefa verdi

Ermənistanın infrastruktur naziri və vergi orqanlarının rəhbəri baş nazir Nikol Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi verib.

 

“Report”un məlumatına görə, bu barədə “Shamshyan.com” saytı yazıb.

 

Qeyd olunur ki, Rüstəm Badasyan və Qnel Sanosyan baş nazir Nikol Paşinyanın iştirak etdiyi təcili iclasa çağırılıb.

 

Öz növbəsində “24news” da yazıb ki, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib. Bundan əlavə, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan öz həmkarlarından nümunə götürüb. Lakin bu məlumat hələ təsdiqlənməyib.

 

Səs-küylü istefaların hələ rəsmi təsdiqi yoxdur. Baş nazirin qərarının tezliklə veriləcəyi gözlənilir.

 

Qeyd edilir ki, bütün bunlar Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinə verdiyi töhmətdən sonra baş verməsi əlamətdardır.

 

Report

Tarix: 18 Noyabr 2024, 00:38   
Избранный
34
16
pravda.az

10Источники