RU

"Titanik"in sərnişinlərini xilas edən kapitanın saatı 2 milyon dollara satılıb

“Titanik” laynerinin 700-dən çox sərnişinini xilas edən "Karpatiya" gəmisinin kapitanı Artur Rostronun saatı 2 milyon dollara (1,6 milyon funt sterlinq) satılıb.

“Report” xəbər verir ki, bu barədə BBC yayım korporasiyası “Henry Aldridge and Son” hərrac evinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 18 karat qızıldan hazırlanmış “Tiffany” saatı 1912-ci ildə xilas etdiyi "Titanik"in sağ qalan sərnişinləri tərəfindən Rostona hədiyyə edilib. Söhbət iş adamları Con Ceykob Astor, Con Tayer və Corc Uaydenerin laynerin qəzaya uğraması nəticəsində ölən dul qadınlarından gedir. Saatın üzərində "Kapitan Rostona səmimi qəlbdən təşəkkür və minnətdarlıqla hədiyyə edildi" yazısı həkk olunub. Onlar Nyu-Yorkdakı Astor malikanəsində Rostona təqdim olunub.

Saat ABŞ-dən olan kolleksiyaçı tərəfindən satın alınıb. BBC-yə görə, bu, "Titanik" lə əlaqəli predmet üçün indiyə qədər ödənilən ən yüksək qiymətdir. Əvvəlki rekord aprel ayında “Henri Aldridge and Son” saytında Astorun qızıl cib saatı 1,2 milyon funt sterlinqə satıldığı zaman qeydə alınıb.

Избранный
34
5
far.az

5Источники