RU

Azərbaycan ona görə xahiş etdi, Türkiyə icazə vermədi

Türkiyə hökuməti İsrail prezidenti İshaq Hersoqun Bakıya uçması üçün hava məkanının istifadəsinə icazə verilmədiyini təsdiqləyib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, İsrail tərəfi Hersoqun Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransında (COP29) iştirak etmək üçün Türkiyənin hava məkanını istifadə etmək üçün rəsmi müraciət etmişdi. Lakin bu müraciət Türkiyə tərəfindən rədd edilib.

Türkiyənin bu qərarı İsraillə olan diplomatik əlaqələrdəki gərginliyin pik nöqtəsi sayılır.

Üstəlik, bəzi iddialara görə, hətta Azərbaycan tərəfi qardaş Türkiyədən hava məkanını açması xahişini edibmiş. Lakin bu xahiş də keçərli olmayıb.

Избранный
35
3
axar.az

4Источники